Novruz Məmmədov: Çalışacağam ki, ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi yolu Azərbaycan Prezidentinin rəhbərliyi ilə davam etdirək

109

Çalışacağam ki, ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi yolu Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə davam etdirək. Azərbaycan bu illər ərzində dünyanın ən böyük layihələrini icra edib.

NUHÇIXAN xəbər verir ki, bu sözləri Milli Məclisin iclasında çıxış edən Azərbaycan Respublikasının yeni Baş naziri Novruz Məmmədov bildirib.

Novruz Məmmədov deyib ki, Azərbaycan geosiyasi proseslərin mərkəzində yerləşir. Belə bir vəziyyətdə sabitliyin, inkişafın davam etdirilməsi hər birimizin qarşısında böyük vəzifələr qoyur. Azərbaycan bu gün dünyada öz xüsusi mövqeyi, yeri olan dövlətdir. Biz birlikdə bu dövlətə daha inamla xidmət etməyə davam edəcəyik. Ümummilli lider Heydər Əliyevin siyasətinə sadiq qalaraq bu yolu davam etdirəcəyik.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: