Danışıq rejimində 22 saatadək işləyən möhkəm korpuslu smartfon təqdim edilib

207

Akkumulyator istehsalı ilə məşğul olan tanınmış “Energizer” şirkəti davamlılıq üçün nəzərdə tutulmuş yeni “Hardcase H500S” smartfonunu təqdim edib.

NUHÇIXAN-ın məlumatına görə, bu, “IP68” standartına malik nazik, amma möhkəm korpusla təchiz edilmiş kifayət qədər təhlükəsiz telefondur: su və toza qarşı dayanıqlıdır, 30 dəqiqə müddətində 1,2 m-dək dərinliyində olan suda qala bilir.

Bundan başqa, qurğu 1 metr hündürlükdən yerə düşərkən sınmır, displeyi “Gorilla Glass” müdafiəsinə malikdir. Sözügedən smartfonun qalınlığı 10 mm təşkil edir. Displey HD formatlı 5 düymlük paneldən ibarətdir. Az enerji sərf edən ekran 3000 milliamper/saat tutumlu litium akkumulyatoruna aparatın danışıq rejimində 22 saatadək işləməsinə imkan verir.

Aparat 1,3 QHs takt tezliyində işləyən dördnüvəli “MediaTek MT6737” prosessoru, 2 QB əməli yaddaş və 16 QB daxili yaddaşla təchiz edilib. Arxa paneldə 13 meqapiksellik əsas kamera, ön paneldə isə 5 meqapiksellik kamera quraşdırılıb. “Android 7.0 Nougat” sisteminin idarəetməsi altında işləyən “Energizer Hardcase H500S” smartfonuna, həmçinin 2 ədəd SİM kartın işlədilməsi üçün hibrid slot qurulub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: