“Visa” və “Master Card” ödəmə sistemləri daxili barmaq izi skanerinə malik olacaq

180

Ödəmə sistemləri üzərində təkmilləşdirmə işləri davam edir. Bu, rəqəmli texnologiyaların çox sürətli inkişafı ilə izah olunur.

NUHÇIXAN xəbər verir ki, daxili barmaq izi skaneri ilə təchiz ediləcək “Visa” və “Master Card” ödəmə sistemləri öz sahibini müəyyənləşdirə biləcək. Aparılan sınaqlar, hələ ki, erkən mərhələdədir.

Məlumata görə, kart yalnız onun sahibi öz barmağını ödəmə kartına qurulmuş sensora yaxınlaşdırdıqdan sonra aktivləşir. Kartın nömrəsinin üstündə yerləşdirilmiş çip barmaq izi haqda informasiyanı yadda saxlayacaq.

Terminalın köməyi ilə ödəniş həyata keçirildikdə bu çip ödəyicinin  barmaq izinin yaddaşda saxlanılmış barmaq izi ilə uyğunluğunu yoxlayacaq.

Yeni texnologiyanın “Visa” və “Master Card” istifadəçilərinə əlçatan olacağı vaxt, hələ ki, bilinmir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: