Ermənistan Dövlət Nəzarət Xidməti Müdafiə Nazirliyində yoxlama aparacaq.
NUHÇIXAN Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu xidmətin rəisi David Sanasaryan bildirib.
Onun sözlərinə görə, yalnız hərbi məqsədlər üçün malların alınması məsələsi deyil, bütövlükdə Müdafiə Nazirliyinin fəaliyyəti yoxlanılacaq: “Bu yoxlama aldığımız informasiyaya əsasən, keçirilir. Təftiş korrupsiya ilə bağlıdır”.
D.Sanasaryan yoxlamanın nəticələri barədə əlavə informasiyaların veriləcəyini də vurğulayıb.