On beşinci əsrdə tərtib olunmuş lüğət Azərbaycana gətirilib

246

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Əlyazmalar İnstitutu direktorunun müavini, filologiya elmləri doktoru Paşa Kərimov Tehranın Məclis Kitabxanasından “Lüğəte-Nemətullah” əsərinin surətini əldə edib.

İnstitutdan NUHÇIXAN-a bildirilib ki, XVI əsrdə yaşamış Nemətulla ibn Əhməd ibn Mübarək ər-Rumi Sofiyada dünyaya gəlib. 1539-cu ildə yazılmış “Lüğəte-Nemətullah” farsca-türkcə lüğət olmaqla yanaşı, fars dilinin qrammatikasına dair əsərdir. Əsərin əlyazma nüsxələri London və Paris kitabxanalarında, Sankt-Peterburq Şərqşünaslıq İnstitutunun şərq əlyazmaları şöbəsində, eləcə də Əlyazmalar İnstitutunda saxlanılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: