Amazon şirkəti 6 rəqəmli maaş alan menecerləri alqoritmlərlə əvəz etməyə başlayıb

280

ABŞ-ın Amazon şirkəti artıq uzun zamandır ki, öz anbarlarında məhsul daşınmasını robototexnika vasitəsilə reallaşdırır. İndi isə şirkət menecer personalını proqram təminatı ilə əvəz etməyə başlayıb. Bu barədə Bloomberg saytı xəbər verib. Beləliklə böyük brendlərlə milyonlarla dəyəri olan müqavilələr üzərində çalışan və 6 rəqəmli maaş alan mütəxəssisləri şirkət proqram təminatı ilə əvəz etməyə başlayıb. İndiki və keçmiş əməkdaşların sözlərinə görə şirkət brendlərin cəlb olunması ilə məşğul olan şöbəni marketplace komandası ilə birləşdirir.

NUHÇIXAN xəbər verir ki,  Amazon-un avtomatlaşdırılmış platforması sayəsində məhsullarını təqdim edən şirkətlər Amazon əməkdaşları ilə əlaqəyə keçmədən öz məhsullarını reklam edə bilirlər. Son aylar ərzində şirkətin bir neçə top menecerlərin vəzifələri dəyişdirilib və onlar şirkətin digər işləri ilə məşğul olurlar. Bununla belə heç təəccüblü deyil ki, şirkətinin öz bulud servisləri və süni zəka sahəsindəki texnologiyaları olmasına baxmayaraq Amazon avtomatlaşdırılmış yeni texnologiyanı mümkün olan bütün sahələrə tətbiq edir. Şirkət hələ bir neçə il bundan öncə pərakəndə satış komandasını avtomatlaşdırılmış sistem ilə əvəz etməyə başlamışdı.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: