NUHÇIXAN xəbər verir ki, CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyunun 11-15-də 76,44 dollar/barel təşkil edib ki, bu da əvvəlki həftəyə olan göstəricidən 0,27 dollar/barel azdır.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti iyunun 11-15-də 77,38 dollar/barel təşkil edib.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti iyunun 11-15-də 73,02 dollar/barel təşkil edib.
Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti isə iyunun 15-də 74,39 dollar/barel təşkil edib. Bu, əvvəlki həftəyə olan qiymətdən 0,15 dollar/barel azdır.