Donald Tramp: Kim Çen In ilə görüş çox yaxşı keçdi

280

ABŞ Prezidenti Donald Tramp Koreya Xalq Demokratik Respublikasının (KXDR) Dövlət Şurasının Sədri Kim Çen In ilə təkbətək görüşün çox yaxşı keçdiyini bildirib.

NUHÇIXAN Yonhap agentliyinə istinadla xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp qısa açıqlamasında böyük problemlərinin həllinə nail olacaqlarını deyib.

Qeyd edək ki, Sinqapurda KXDR lideri Kim Çen In ilə ABŞ Prezidenti Donald Tramp arasında təkbətək görüşdən sonra geniş tərkibdə danışıqlar başlayıb. Müzakirələrdə hər iki ölkə üçün aktual olan məsələlər – Birləşmiş Ştatlarla Şimali Koreya arasında yeni münasibətlərin qurulması, Koreya yarımadasında daimi sülhün əldə edilməsi, yarımadanın nüvə silahsızlaşdırılması prosesinin reallaşması diqqət mərkəzindədir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: