Naxçıvan Dövlət Statistika Komitəsindən Nuhcixan.az verilən məlumata görə 2018-ci ilin yanvar-mart aylarında muxtar respublikada nəqliyyat sektorunda 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə yük daşınması 1,8 faiz, sərnişin daşınması 1,6 faiz artmışdır.
Yük və sərnişin daşınmasından, bütövlükdə, 11 milyon 663 min manat gəlir əldə edilmişdir ki, bu da bir il öncəki göstəricidən 2,3 faiz çoxdur.