Sədərəkdə torpaq mülkiyyətçilərin iştirakı ilə maarifləndirici tədbir keçirilib

215

“Torpaq mülkiyyətçiləri tərəfindən ödənilən məcburi dövlət sosial sığorta haqlarının mahiyyəti və bu sahədə tətbiq olunan mütərəqqi üsullar” mövzusunda keçirilən maarifləndirici tədbirdə Sədərək Rayon İcra Hakimiyyəti başçısının müavini Yusif Seyidov tədbirin mahiyyəti barədə məlumat verib.

NUHÇIXAN xəbər verir ki, tədbirdə  kənd təsərrüfatına yararlı torpaqları istifadə edən torpaq mülkiyyətçiləri tərəfindən ödənilən məcburi dövlət sosial sığorta haqqlarının mahiyyəti və bu sahədə tətbiq olunan elektron xidmətlər haqqında söhbət açılıb.

Vurğulanıb ki, məcburi dövlət sosial sığorta haqqını  ödəyicilər həm Fondun internet səhifəsindən plastik bankomat kartları vasitəsi ilə, həm banklarda nəğd qaydada onlayn ödəmə ilə, həm də yerli poçt şöbələri vasitəsilə ödəyə bilərlər.

Həmçinin, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan torpaq mülkiyyətçilərinin fondun fərdi uçot sistemində qeydiyyata alınması və bu sahədə elektron xidmətin tətbiqi, sığorta-pensiya sistemi ilə bağlı qanunvericiliyin pozulmasına görə qanunvericilikdə nəzərdə tutulmuş inzibati cərimələr, Sədərək rayonunda torpaq üzərində mülkiyyət hüquqlarının qeydiyyatı haqqında və digər mövzularla bağlı məlumatlar da verilib.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

  Hidayət Seyidov

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: