Dünyanın ekologiya üçün ən təhlükəli şəhərlərinin adları açıqlanıb

217

NUHÇIXAN “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, yaşayış məntəqələrinin siyahısı Dünyada Karbon İzinin Şəbəkə Modeli (GGMCG) layihəsi tərəfindən təqdim edilib.

Reytinqi tərtib etmək üçün informasiyanı Norveç, İsveç, ABŞ və Yaponiya alimləri tərtib ediblər.

Bu siyahıda Seul ətraf mühiti ən çox çirkləndirən şəhər sayılıb. Onun ardınca Quançjou, Nyu-York, Honkonq gəlir. Liderlər “beşliyini” Los-Anceles tamamlayır.

Ekologiyanı çirkləndirən ilk on şəhər siyahısına adıçəkilən şəhərlərlə yanaşı, Şanxay, Sinqapur, Çikaqo, Tokio və Yokoqama aqlomerasiyası və Ər-Riyad daxil olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: