Bütün sərvətini yoxsullara paylayan milyarder öldü

751

“Bu qədər mal deyil, ancaq əməllərim məni xilas edə bilər”

“Müsəlman milyarder” adı ilə məşhur olan Avstraliyanın ən zəngin insanlarından biri Əli Banat vəfat edib.

NUHÇIXAN xəbər verir ki, mayın 29-da dünyasını dəyişən Banat həyatının son iki ilində etdikləri ilə hamının rəğbətini qazanıb.

Sidneydə dünyaya gələn Banat dəbdəbəli həyata, “Ferrari”lərə, villalara və yaxtalara sahib olub. 2015-ci ildə həkimlər ona xərçəng xəstəliyinə yaxalandığını deyiblər. Milyarder bütün bədəninə yayılan xəstəliyi “Allahdan gələn bir hədiyyə” olaraq qiymətləndirib və bütün həyatını dəyişib. Həkimlər ona 7 ay ömrü qaldığını desələr də, Banat 2 il ölümlə mübarizə aparmağı bacardı. Bu müddət ərzində isə sərvətini xeyriyyə işlərinə sərf edib.

Milyarder bütün sərvətini sataraq qərbi Afrikada yerləşən Toqoya gedir. Bu ölkədə əhalinin 55 faizdən çoxu yoxsulluq həddindən də aşağı həyat şəraitində yaşamağa çalışır. Əli Banat burada müsəlmanlar üçün bir məktəb binası və məscid inşa etdirir. Bundan sonra isə xeyriyyə işlərini koordinasiya etmək üçün “Dünyanın hər yerindəki müsəlmanlar” adlı fond təsis edir.

“Bu xəstəlik mənə Allah tərəfindən bəxş edilmiş bir ərmağandır. Şükürlər olsun ki, Allah mənə dəyişə bilməyim üçün fürsət verdi. Mən də həyatımı insanlara xidmət yoluna həsr etməyə qərar verdim. Çünki bu qədər mal deyil, ancaq əməllərim məni xilas edə bilər”, – milyarder bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: