Banu şadlıq sarayında “Cahan Holdinq” Kommersiya Şirkətlər İttifaqında çalışan qadın əməkdaşlar üçün 8 Mart münasibəti ilə tədbir təşkil edilib.
Naxcivantv.az xəbər verir ki, tədbirdə “Cahan Holdinq” Kommersiya Şirkətlər İttifaqının aparat rəhbəri Azər Cəfərov xanım əməkdaşları bayram münasibəti ilə təbrik edib. Bildirib ki, muxtar respublika qadınlarının uğurlarının təməlində dövlətin böyük dəstəyi və qayğısı dayanır. Məhz bu qayğının nəticəsidir ki, muxtar respublikada qadınlarımız milli dövlət quruculuğu proseslərinin, ictimai hadisələrin fəal iştirakçısı olaraq cəmiyyət həyatında mühüm rol oynayır.
“Cahan İnşaat” Departamentinin rəhbəri Vilayət Cəlilov çıxışında bildirib ki, Azərbaycan qadını bütün dövrlərdə milli-mənəvi dəyərlərimizin qorunub saxlanması və yaşadılmasında müstəsna xidmətlər göstərib.
Cahan Məhdud Məsuliyyətli Cəmiyyətinin kadrlar üzrə mütəxəsisi Yazgül Orucova Holdinqdə çalışan 300 nəfər qadın əməkdaşı adından çıxış edərək bildirib ki, muxtar respublikada qadınlara hətərəfli dövlət qayğısı var. Biz də bu qayğıdan lazımınca bəhrələnəcək, daha əzmlə çalışacağıq.
Tədbirdə qadınlara gül dəstələri və pul mükafatı təqdim olunub.
Çay süfrəsi ətrafında təşkil olunan tədbir musiqi nömrələri ilə davam edib.