Kütləvi qırğın silahlarından ən yaxşı mühafizə taqımı adı uğrunda yarış keçirilir
Müdafiə nazirinin təsdiq etdiyi 2018-ci il üçün döyüş hazırlığı planına əsasən, Kimya Qoşunlarında “Kütləvi qırğın silahlarından ən yaxşı mühafizə taqımı” adı uğrunda yarış keçirilir.
Nazirliyin mətbuat xidmətindən NUHÇIXAN-a bildiriblər ki, yarışda taqımların şəxsi heyətinin kütləvi qırğın silahlarından mühafizə texnikası, ştat cihaz, xüsusi texniki vasitə və qurğuları işə hazırlaması, eləcə də hərbi kimyaçıların müəyyənləşdirilmiş normativləri yerinə yetirməsi bacarıqları yoxlanılır.
Nəticələrə əsasən heyətlərin kütləvi qırğın silahlarından mühafizə, xüsusi və taktiki-xüsusi hazırlıqlarına uyğun olaraq ən yaxşı taqım müəyyənləşdiriləcək.