“Kərki-talan yurdum” kitabının təqdimat mərasimində qədim yurd yeri xatırlanıb

126

Qədim Naxçıvanın ayrılmaz hissəsi olan Sədərək rayonunun Kərki kəndi erməni işğalına məruz qalan ilk yurd yerlərimizdəndir.

Tarixi mənbələr “Kərki” toponiminin kərkük türk tayfasının adı ilə bağlı olduğunu göstərir. Sədərək kəndinin 8-10 kilometrliyində Teyqar dağının ətəklərində yerləşən kəndin 960 hektar sahəsi, 500 sakini var idi. “O tay”, “Sulu zağa”, “Bəzirxana”, “Dəlikdaş”, “Sənəm qalası”, “Gavurqala”, “Şurut bulağı” və s. kimi qədim yurd yerləri bu gün də kənd sakinlərinin xatirələrində yaşayır.

Naxcivantv.az  AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə şair-publisist Mətanət Duyğunun (Nəcəfova) “Kərki-talan yurdum” kitabının təqdimatda danışılıb.

Tədbirdə filologiya üzrə fəlsəfə doktoru Tariyel Abbaslı, tarixçi-alim Nizami Məmmədov, İraqdan gəlmiş şair Eyyub Hikmət Kərküklü, “Nərgiz” nəşriyyatının baş direktoru Hidayət Musabəyli və başqaları çıxış edərək zəngin tarixi keçmişi olan Kərki kəndinin tarixi və onun kitabda əksini tapması barədə fikir bildiriblər.

Tədbirdə iştirakçılarına, həmçinin şairənin poetik yaradıcılıq nümunələrindən ibarət “Bu sevdanın adı nə? və “Nağıl dünyam…” kitabları da təqdim olunub.

Sonra Mətanət Duyğun iştirakçılara təşəkkür edib, yaradıcılıq planlarından danışıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: