2023-cü ilədək “Artırılmış reallıq” bazarının həcmi 116 milyard dollara yaxınlaşacaq

133

2018-ci il “Artırılmış reallıq (Augmented Reality, AR)” bazarı üçün bir sıra mühüm hadisələrlə yadda qalıb: məsələn, bazarda yeni oyunçuların peyda olması, yeni “Artırılmış reallıq” eynəyi, proqram platformaları və həllərin təqdimatı və s. “ABI Research” analitiklərinin məlumatına görə, həmçinin istifadəçilərin bu texnologiyaya marağı artıb. Hərçənd texniki problemlər və büdcə məhdudiyyətləri yaxın gələcəkdə sözügedən texnologiyanın kütləvi tətbiqinə mane olacaq. Ekspertlərin proqnozuna görə, 2023-cü ildə bu bazarın həcmi 116 milyard ABŞ dollarına yaxınlaşacaq.

NUHÇIXAN “dailycomm.ru” saytına istinadən yazır ki, texnoloji nailiyyətlər, mobil “Artırılmış reallıq” texnologiyalarının inkişafı, “Artırılmış reallıq” həllərindən istifadə senarilərinin genişləndirilməsi və onların istifadəçilər tərəfindən qəbulu bu sahənin inkişafına kömək edəcək.

“ABI Reseach” analitik şirkətinin qiymətləndirməsinə görə, 2023-cü ilədək “ağıllı” “Artırılmış reallıq” eynəklərinin tədarükü 29 milyona yaxınlaşacaq və “Artırılmış reallıq” texnologiyalarını dəstəkləyən mobil qurğu istifadəçilərinin sayı isə 100 milyonlarla ölçüləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: