2019-cu ilin əsas informasiya təhlükəsizliyi yenilikləri açıqlanıb

150

“Eset” proqram təminatı istehsalçısı 2019-cu ildə informasiya təhlükəsizliyi sahəsində üstünlük təşkil edəcək əsas yeniliklərə həsr olunan tədqiqat təqdim edib.

NUHÇIXAN “DailyComm” resursuna istinadən yazır ki, ekspertlərin fikrincə, növbəti ildə yoluxdurulmuş qurğularda gizlicə kriptovalyutanın əldə edilməsinə yönələn hücumların sayında artım gözlənilir. Bununla yanaşı, belə insidentlərdə daha çox mayninq üçün fermaların yaradılmasına imkan verən “ağıllı” qurğulardan istifadə ediləcək.

Bundan başqa, 2019-cu ildə kibercinayətkarlar avtomatlaşdırma və kompüter təliminin üstünlüklərindən istifadəni diqqətdə saxlayacaqlar. Zərərli kampaniyalara getdikcə daha çox istifadəçilərin saytlara daxil olmalarını izləyən veb-trekerlər aid olacaq. “Eset” mütəxəssislərinin fikrincə, tezliklə kompüter təlimi əksər istifadəçilər üçün aydın “tələ” olan fişinq hücumlarını psixoloji baxımdan qarşısı alınmaz təhlükəli alətə çevirəcək.

Həmçinin kibercinayətkarlar qurbanın profilini tərtib etməyə və sosial mühəndislik metodlarına əsaslanan darçərçivəli fərdiləşdirilmiş hücumlar həyata keçirməyə imkan verən broker məlumatları informasiyasından yararlanacaqlar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: