2018-ci il Avropada iqlim anomaliyalarının sayına görə rekord vurub

118

2018-ci il Avropada iqlim anomaliyalarının sayına görə rekord vurub.

NUHÇIXAN “ru.euronews.com” saytına istinadla xəbər verir ki, 2018-ci ilin may-iyul ayları meteomüşahidələrin bütün tarixi ərzində Skandinaviyada ən quraq və isti dövr olub. Bundan əlavə, Qütb dairəsi arxasında inanılmaz yüksək temperatur qeydə alınıb. Finlandiyanın paytaxtı Helsinkidə havanın temperaturu rekord müddətdə – 25 gün ərzində 25 dərəcədən aşağı düşməyib. Böyük Britaniya və İrlandiyada tarixi yüksək temperatur qeydə alınıb. İsveç isə silsilə meşə yanğınlarından ziyan çəkib, 25 min hektar meşə sahəsi yanıb külə dönüb.

Yunanıstan son 10 ildə əsl ölümsaçan yanğın mövsümü yaşayıb. Sentyabr ayında bu ölkə Aralıq dənizi regionunda nadir hallarda baş verən qasırğaya məruz qalıb. Portuqaliyada XXI əsrdə ən isti gün qeydə alınıb:+44°C

Almaniyada quraqlıq hökm sürüb. Aprel-sentyabr ayları meteomüşahidələrin bütün tarixi ərzində ikinci quraq dövr olub. Frankfurtda temperatur dalbadal 19 gün – iyulun 23-dən avqustun 9-dək 30 dərəcədən yüksək olub .

Estoniyada bütün meteomüşahidələr tarixi ərzində ikinci ən soyuq fevral ayı qeydə alınıb. Fransanın cənubuna yağan güclü qar (qar örtüyünün qalınlığı 15-30 santimetr) Aralıq dənizi sahillərindəki Nim və Monpelye şəhərlərinin sakinləri üçün gözlənilməz olub. İtaliyanın cənubuna, xüsusən Neapola rekord miqdarda qar yağıb.

May və iyun aylarında Avropada yağıntı və tufanların görünməmiş səviyyəsi qeydə alınıb. Aralıq dənizi üzərindəki aşağı təzyiqli intensiv meteoroloji sistem oktyabr ayında dünyanın bu hissəsində yerləşən bir neçə ölkəni ölümsaçan daşqınlara və şiddətli küləyə məruz qoyub.

İtaliyanın şimal bölgələri də şiddətli küləyin cənginə keçib. Monte-Çimone dağ massivində küləyin sürəti saatda 179 kilometrə çatıb. Meteoşərait güclü leysan üçün şərait yaradıb. Alp dağlarının dağətəyi zonalarına gün ərzində təqribən 406 millimetr, dəniz sahilindəki Liquriyaya təqribən 308 millimetr yağıntı düşüb. Oktyabrda tüğyan edən qasırğa azı 30 nəfərin ölümünə səbəb olub. Azı on nəfər Fransanın cənubunda, bir o qədər insan Mayorka adasında həlak olub.

Sentyabrın sonunda İspaniyanın cənubunda – Malaqa, Mursiya və Almeriyada güclü leysan yağışlar nəticəsində azı 8 adam həlak olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: