20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunan kunq-fu üzrə açıq respublika turniri keçiriləcək

158

Yanvarın 18-19-da Hövsan Olimpiya İdman Kompleksində 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunan kunq-fu üzrə açıq respublika turniri keçiriləcək.

NUHÇIXAN-ın məlumatına görə, Azərbaycan Kunq-fu Federasiyasının vitse-prezidenti Tural Alışanlı AZƏRTAC-a bildirib ki, yarışda 300 idmançı birincilik uğrunda mübarizə aparacaq. Turnirdə, həmçinin peşəkar döyüşlər də təşkil ediləcək.

T.Alışanlı vurğulayıb ki, yarışın keçirilməsində məqsəd 20 Yanvar şəhidlərinin xatirəsini yad etmək, idmançıların ustalığını artırmaq, perspektivli idmançıları aşkarlamaq və kunq-funun kütləviliyinə nail olmaqdır.

Yarışın baş hakimi beynəlxalq dərəcəli hakim Babək Əliyev olacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: