2 iyul – İdman Jurnalistikası Günüdür

189

Hər il iyulun 2-si İdman Jurnalistikası Günü kimi qeyd edilir.

NUHÇIXAN xəbər verir ki, 1924-cü ildə həmin gün Parisdə Beynəlxalq İdman Mətbuatı Assosiasiyası (İnternational Sports Press Association – AIPS) yaradılıb. Hazırda dünyanın 130 dövlətinin idman jurnalistlərinin milli birlikləri bu assosiasiyanın üzvləridir.

İdman Jurnalistikası Günündə AIPS və idman jurnalistlərinin milli assosiasiyaları təntənəli yığıncaqlar keçirir, idman sahəsində kütləvi informasiya vasitələrinin ən yaxşı nümayəndələrinə mükafatlar təqdim edilir.

Qeyd edək ki, AIPS-nin 77-ci konqresi 2014-cü ildə Azərbaycanın paytaxtı Bakıda keçirilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: