“Ərəbcə-azərbaycanca transkripsiyalı danışıq kitabçası” nəşr olunub

120

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun şərq-qərb şöbəsinin müdiri, dosent Məmmədəli Babaşlının, filologiya üzrə fəlsəfə doktorları Abdin Evis Yones Mohamed və Qafar Ocaqlı ilə birgə hazırladıqları “Ərəbcə-azərbaycanca transkripsiyalı danışıq kitabçası” nəşr olunub.

AMEA-dan NUHÇIXAN-a bildiriblər ki, nəşrdə turistlərin ehtiyacına cavab verəcək ən zəruri mövzularda tələb olunan işlək söz və ifadələr tematik bölmələr üzrə qruplaşdırılıb. Həmçinin Azərbaycanın coğrafiyası, tarixi və görməli yerləri, zəngin mədəniyyəti, mətbəxi barədə qısa məlumatlar daxil edilib.

Bələdçi xidməti göstərən tərcüməçilər üçün nəzərdə tutulan danışıq kitabçası ərəb ölkələrindən gəlmiş turistlərlə ünsiyyəti asanlaşdırmaq məqsədilə tərtib edilib. Kitabçadan turizm şirkəti əməkdaşlarının, tarixi məkan, muzey, kafe, restoran, ticarət mərkəzi işçilərinin, nəqliyyat vasitələri sürücülərinin də istifadə etmələri mümkündür.

Kitabçada Azərbaycanın dövlət və milli bayramları, xüsusi günləri, milli adət-ənənələri ilə bağlı söz və ifadələrin də tərcüməsinə yer verilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: