Əbrəqunus kənd mədəniyyət evində “Arşın mal alan” tamaşası səhnəyə qoyulub

65

Culfa rayon Əbrəqunus kənd mədəniyyət evinin həvəskar kollektivi Heydər Əliyev adına Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində Üzeyir Hacıbəyovun “Arşın mal alan” əsərini gənc tamaşaçılara təqdim edib.

NUHÇIXAN xəbər verir ki, tamaşadakı obrazları, əsasən, rayonun Əbrəqunus, Kırna, Bənəniyar və Gülüstan kəndlərindəki mədəniyyət müəssisələrində çalışan əməkdaşlar oynayırlar. Əsərdəki musiqi nömrələrini həvəskar aktyorlar özləri canlı ifa edirlər.

“Arşın mal alan” tamaşasının rejissoru Sahib Əliyev, rəssamı Aidə İbrahimovadır. Tamaşa ilk dəfə olaraq Naxçıvan şəhərinin gənc tamaşaçılarına təqdim edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: