Əməliyyat sistemləri bazarında lider məlum olub

110

“Windows 10” dünyada fərdi kompüterlər üçün ən populyar əməliyyat sistemi olmağa yaxındır. Ehtimal ki, 2018-ci ilin sonunda sözügedən sistem lider olacaq.

NUHÇIXAN “dailycomm.ru” saytına istinadən yazır ki, “NetMarketShare” analitik xidmətinin məlumatına görə, 2018-ci ilin noyabrına olan vəziyyətə görə, dünyada masaüstü kompüter və noutbukların 38,14%-i “Windows 10” əməliyyat sisteminin idarəetməsi altında işləyir, halbuki “Windows 7” platformasının bazar payı azalmağa davam edir və indi 38,89% təşkil edir.

4,59% göstəriciyə malik “Windows 8.1” sistemi üçüncü yerdə qərarlaşıb, “Windows XP” (4,23%) isə dördüncü olub. Fərdi kompüterlərin təxminən 0,3%-i “Chrome OS” əməliyyat sisteminin idarəetməsi altında işləyir.

Bir il bundan əvvəl “Microsoft”un nümayəndəsi məlumat vermişdi ki, 600 milyon qurğu “Windows 10” sisteminin idarəetməsi altında işləyir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: