Əcnəbi vətəndaşların iştirakı ilə tədbir keçirilib

130

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətində əcnəbilərin iştirakı ilə “Ümummilli lider Heydər Əliyev və Naxçıvan” mövzusunda maarifləndirici tədbir keçirilib.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi ilə birgə təşkil olunan tədbirdə Ulu öndər Heydər Əliyevin  xalq, dövlət qarşısında misilsiz tarixi xidmətlərindən, o cümlədən xalqımızın müstəqillik arzusunun həyata keçməsində və milli dövlətçilik ideyasının gerçəkləşdirilməsində müstəsna rolundan bəhs edilib. Qeyd olunub ki, Ulu öndərin siyasi iradəsi, uzaqgörənliyi və böyük dövlətçilik təcrübəsi sayəsində ölkədə yaratdığı sabitlik və həyata keçirdiyi islahatlar Azərbaycanın müstəqilliyini dönməz və əbədi prosesə çevirib, müasirləşmə  və tərəqqi üçün əsaslı baza yaradıb. Həyata keçirilən bütün tədbirlər qədim diyarda ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş uğurlu siyasətin davam etdirilməsinin, bu yola sədaqətin əyani təsdiqidir.

Sonra tədbir iştirakçıları Heydər Əliyev Muzeyini ziyarət edib, dahi şəxsiyyətin həyat və yaradıcılığından bəhs edən videoçarxa baxıblar.

Mədinə Rəhimli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: